...

Azərbaycan bankı Texnikabank-ın xalis gəliri 9 milyon manata çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2009 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul / Trend /

İyun ayı ərzində Azərbaycan bankı Texnikabank-ın depozit portfelinin həcmi 15,1 faiz artaraq, iyunun 30-dakı göstəriciyə görə 162,2 milyon manata çatıb. Bu barədə bazar ertəsi bankdan verilən məlumatda deyilir.

Ay ərzində əmanət yerləşdirilməsinin həcmi 12,2 faiz artıb. Hesabat dövrünün sonunadək "Texnikabank" ASC-də yerləşdirilən əmanətlərin həcmi 90 milyon manata qədər artıb.  

İyun ərzində bankın kredit portfelinin həcmi 2 faiz artıb və hesabat dövrünün sonunadək 351,1 milyon manata çatıb. Cari ilin altı ayı ərzində artım hazırkı göstəriciyə görə 6,9 faiz təşkil edib. Hesabat dövrünün sonunadək fiziki şəxslərə verilmiş istehlak kreditlərinin həcmi 57,8 milyon manatadək artıb.

İyun ərzində Texnikabank-ın aktivləri 3,7 faiz artıb və hesabat dövrünün sonunadək 464,3 milyon manat təşkil edib. Hazırkı göstərici 2008-ci ilin müvafiq dövründəki göstəricidən 12 faiz çoxdur. 2009-cu ilin ilk altı ayının yekununa görə, bank aktivlərinin mədaxili 2 faiz təşkil edib.

2009-cu ilin ilk altı ayı ərzində bankın ümumi kapitalı 16,5 faiz artaraq iyunun sonuadək 60,1 milyon manata çatıb. Altı ayın yekununa görə, kapital mədaxili 16,7 faiz təşkil edib.

Texnikabank-ın ümumi gəliri iyun ərzində 17,2 faiz artaraq hesabat dövrünün sonunadək 33,6 milyon manat təşkil edib. Ay ərzində faiz gəlirinin artımı 19,3 faiz, qeyri-faiz gəlirinin artımı isə 7,6 faiz təşkil edib. Hesabat dövrünün sonunadək bankın xalis gəliri 9 milyon manata qədər artıb.  

İyunun sonunadək bank tərəfindən dövriyyəyə buraxılmış plastik kartların sayı 38,3 min təşkil edib, plastik kart sahibləri 48 bankomatın və 340 Pos-terminalın imkanlarından yaralana biliblər.  

1993-cü ildə təsis olunan "Texnikabank" ASC bu gün bank fəaliyyətinin əsas göstəriciləri üzrə aparıcı bankların beşliyinə daxildir. Bank ölkənin özəl bankları arasında ən geniş filial şəbəkəsinə malikdir. Bankın 35 filialı, 5 şöbəsi paytaxt ərazisində və Azərbaycan regionlarının əksəriyyətində hüquqi və fiziki şəxslərə hər növ bank xidməti göstərir.

İyulun 13-nə olan rəmi məzənnə 0,8044 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti