...

Azərbaycanın sığorta şirkəti on-line sisteminə keçmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2009 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir Ü.İsmayılova /  

Azərbaycan iri sığorta şirkətlərindən olan AzSığorta ilin sonunadək on-line satış sisteminə keçmək niyyətindədir. Bu barədə şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı deyib. Hazırda şirkət turist səfərləri və avtomobil sığortası üçün travel və avto on-line xidmətləri göstərir.

"Şirkət sığorta vəsiqələrini satmağa başlayıb", - Məmmədxanlı deyib. Onun sözlərinə əsasən, on-line sistemi üzrə müraciətlər az da olsa var.

AzSığorta iyunun əvvəlindən on-line sığortanın iki vacib növünü tətbiq edib.  

Hazırda Azərbaycanda yalnız iki şirkət on-line sığorta xidməti təklif edir - AzSığorta və Beynəlxalq Sığorta Şirkəti.

AzSığorta ölkənin sığorta bazarında 2006-cı ildən fəaliyyət göstərir. Hazırda ölkənin müxtəlif regionlarında şirkətin 8 fililalı və 40-a yaxın regional nümayəndəliyi fəaliyyət göstərir. AzSığorta 28 növ sığorta xidməti göstərir ki, onlardan üçü məcburidir. Cari ilin ötən altı ayının nəticələrinə əsasən, şirkətin premiyası 5,56 milyon manat təşkil edib.

İyulun 14-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti