...

Azərbaycanın Milli Depozit Mərkəzi yeni proqram təchizatının tətbiqinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) İslam İnkişaf Bankının dəstəyi ilə MDM, Bakı Fond Birjası və broker şirkətlər arasında ölkənin qiymətli kağızlar bazarının və MDM-in informasiya texnologiyaları bazalarının təkmilləşdirilməsi məqsədilə birbaşa elektron rabitə qurmağı planlaşdırır. Bu barədə mərkəzin məlumatında deyilir.

Bu məqsədlə MDM tərəfindən yeni proqram təchizatının tətbiqi üzrə layihə hazırlanıb. Təklif olunan yeni proqram təchizatı qiymətli kağızlar bazarında keçirilən prosedurların tezləşdirilməsini, risklərin azaldılmasını təmin edəcək, bazarda əməliyyatların qeydiyyat keçməsi zamanı  kağız sənədləşmələrinin dövriyyəsini tədricən aradan qaldırmağa və bazarın peşəkar iştirakçıları arasında elektron sənəd dövriyyəsinin tətbiqi imkanaının yaranmasına şərait yaradacaq.

MDM artıq yeni proqram təchizatının tətbiqinə, həmçinin brokerlərin yeni proqran təminatı ilə tanış olması üçün treninqlərin keçirilməsinə başlayıb.

Xəbər lenti

Xəbər lenti