...

Azərbaycandan Ukraynaya yeni aviareys açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 15:15 (UTC +04:00)
"Lvov Hava Yolları" (Ukrayna) dövlət aviamüəssisəsi AZAL QSC-nin dəstəyi ilə avqustun 3-də Lvov-Bakı-Lvov istiqamətində yeni aviareys açır. Bu barədə cümə axşamı Bakıda mətbuat konfransında Ukrayna şirkəti baş direktorunun birinci müavini Serqey Pidqorodetski bildirib.
Azərbaycandan Ukraynaya yeni aviareys açılır

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir A.Bədəlova /

"Lvov Hava Yolları" (Ukrayna) dövlət aviamüəssisəsi AZAL QSC-nin dəstəyi ilə avqustun 3-də Lvov-Bakı-Lvov istiqamətində yeni aviareys açır. Bu barədə cümə axşamı Bakıda mətbuat konfransında Ukrayna şirkəti baş direktorunun birinci müavini Serqey Pidqorodetski bildirib.

Uçuşlar Yak-42 markalı Avropa standartları üzrə müasirləşdirilmiş təyyarələr ilə həyata keçiriləcək. Laynerin tutumu 100 nəfər təşkil edir. Reys bazar ertələri həyata keçiriləcək.

Pidqorodetski biletlərin qiymətini açıqlamayıb.

"Lvov Hava Yolları"nın Azərbaycandakı nümayəndəsinin bildirdiyi kimi, reys sərnişinlərin Lvov aeroportuna birbaşa çatdırılması və sonra isə Truskavets və Morşina sanataoriyalarına nəqli məqsədilə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti