...

Azərbaycanın regional bankı cari tarif siyasətini saxlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir N. İsmayılova /

Gəncə Bank gələcəkdə cari tariff siyasətini saxlayacaq. Bunu bankın Kredit Departamentinin rəhbəri Emin Hacıyev deyib.

"Verilən bank kreditlərinin faiz dərəcələri hazırda bazarın tələblərinə cavab verir və 24-dən 28 faizədək dəyişir. Buna görə də bank bu dərəcələri saxlayacaq", - Hacıyev deyib.

Bank kreditləri 1-2 il müddətinə verir. Hacıyevin sözlərinə görə, bank hazırda biznes kreditlərinin ayrılmasına önəm verir və kiçik və orta sahibkarlığı dəstəkləyir. Bank istehlak kreditlərinin verilməsini üç ay əvvəl dayandırıb, lakin gələcəkdə onun bərpa ediləcəyi gözlənilir.

Gəncə Bank 1994-cü ildən fəaliyyət göstərir. Bankın baş ofisi ölkənin regionunda - Gəncə şəhərində yerləşir. Mayın 1-nə bankın ümumi gəliri 879,640 min manat təşkil edib. Bankın gəlirinin artımı 2008-ci ilin müvafiq dövründə 24,3 faiz təşkil edib.

İyulun 16-na olan cari məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti