...

Azərbaycanda "halal" standartları hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 16:58 (UTC +04:00)
Azərbaycanın Azad İstehlakçılar Birliyi tərəfindən "halal" standartları hazırlanır

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Azad İstehlakçılar Birliyi tərəfindən "halal" standartları hazırlanır (müsəlmanlar üçün donuz ətinin qadağan olunması səbəbindən, donuz əti olmadan kolbasa məmulatlarının hazırlanması). Bu barədə cümə axşamı AİB-in başçısı Eyyub Hüseynov mətbuat konfransında bildirib.

"Yeni standartlar "halal" standartlarının hazırlanmasına həsr olunmuş birinci beynalxalq konfransda təqdim ediləcək", - Hüseynov bildirib.

Onun sözlərinə görə, birinci konfrans ilin sonuna kimi Malayziyada keçiriləcək. AİB başçısının sözlərinə əsasən, hazırda dünyada bu cür standartlar yoxdur və bu standartlar sözügedən konfransda təsdiqlənəcək.  

"Düşünürəm ki, bu standartların təsdiqlənməsindən sonra Azərbaycan da ölkə daxilində onları qəbul edə bilər", - deyə Hüseynov bildirib.

Hazırda Azərbaycanda "halal" markalı kolbasa məmulatları buraxılır, lakin birlik və digər idarələr tərəfindən aparılan təhlillərdən sonra məlum olub ki, həqiqətən də bu kolbasa məmulatlarının tərkibində donuz ətindən istifadə olunur. Onun sözlərinə əsasən, bu cür kolbasa məmulatlarının istehsalçısı olan şirkətin başçısı bunu etriraf edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti