...

Azərbaycanda torpaq islahatları 98 faiz həyata keçirilib – Statistika Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 18:13 (UTC +04:00)
2009-cu ilin ilk yarımilinin yekunlarına görə, Azərbaycanda torpaq islahatları 98 faiz həyata keçirilib

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir Ü.İsmayılova /

2009-cu ilin ilk yarımilinin yekunlarına görə, Azərbaycanda torpaq islahatları 98 faiz həyata keçirilib. Bu barədə cümə axşamı Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bununla da torpaq almaq hüququna malik 850 min ailəyə torpaq sahəsi verilib.

Abşeron iqtisadi zonasında 7,78 min ailəyə (ümumi həcmdən 0,9 faiz), Gənzə-Qazaxda 170 mindən çox ailəyə (20,1 faiz), Şəki-Zaqatalada 101,15 min ailəyə (11,9 faiz), Lənkəran iqtisadi zonasında 124,95 min ailəyə (14,7 faiz), Quba-Xaçmazda 80,16 min ailəyə (9,4 faiz), Aran iqtisadi zonasında 232,19 min ailəyə (27,3 faiz), Yuxarı Qarabağda 19,9 min ailəyə (2,3 faiz), Dağlıq Şirvanda 42,9 min ailəyə (5,1 faiz), Naxçıvan iqtisadi zonasında 70,62 min ailəyə (8,3 faiz) torpaq payı verilib.

Azərbaycanda 1995-ci ildən başlayan torpaq islahatları nəticəsində üç mülkiyyət forması yaranıb - dövlət, özəl və bələdiyyə mülkiyyəti.  

Ölkənin 8 641 506 hektar ümumi torpaq fondundan 56,9 faiz (4 913 639 ha) dövlət mülkiyyətinə, 23,5 faiz (2 032 744 ha) bələdiyyə mülkiyyətinə, 19,6 faiz (1 695 123 ha) özəl mülkiyyətə ayrılıb.

Torpaq islahatlarının birinci mərhələsi başa çatdıqdan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2032 kolxoz və sovxozu ləğv edib. Bu torpaqlar 870 832 ailəyə paylanıb ki, bu da 3,4 milyon subyekt deməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti