...

Azərbaycan Aİ-dən aqrar sahə üçün alınmış qrantın istifadə istiqamətini müəyyənləşdirməyib – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2009 13:42 (UTC +04:00)
Azərbaycan hökuməti Avropa İttifaqının kəndlərin və kənd təsərrüfatının inkişafının stimullaşdırılması üçün ölkəyə ayırdığı 20 milyon qrantın hansı istiqamətdə istifadə ediləcəyini hələ müəyyənləşdirməyib. Bunu cümə günü Trend Capital-a kənd təsərrüfatı naziri İsmət Abbasov deyib.

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir Ü. İsmayılova /

Azərbaycan hökuməti Avropa İttifaqının kəndlərin və kənd təsərrüfatının inkişafının stimullaşdırılması üçün ölkəyə ayırdığı 20 milyon qrantın hansı istiqamətdə istifadə ediləcəyini hələ müəyyənləşdirməyib. Bunu cümə günü Trend -a kənd təsərrüfatı naziri İsmət Abbasov deyib.

"Bu dəqiqə bu məsələ müzakirə olunur. Lakin söz yox ki, vəsait ölkənin aqrar sənayə kompleksinin inkişafının stimullaşdırılmasına yönəldiləcək", - nazir deyib.

Ayrılan vəsaitdən 12 milyon avro kənd yerlərinin və kənd təsrrüfatının inkişafına dəstək proqramına yönəldiləcək. 6 milyon avro Azərbaycan hökuməti ilə Aİ arasında 2006-cı ildə imzalanmış fəaliyyət planı çərçivəsində Azərbaycanda idarəetmə potensialının gücləndirilməsi və 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq barədə müqavilənin icrası üçün nəzərdə tutulub.

20 milyon avro vəsait ölkəyə Azərbaycana və Aİ-nin şərq və cənub sərhədləri boyunca digər 16 tərəfdaşa hər illik köməyi nəzərdə tutan Avropa qonşuluğu siyasəti çərçivəsində ayrılıb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti