...

Xalq Bank PrivateMoney təcili pul köçürmə sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 11:51 (UTC +04:00)
Xalq Bank PrivateMoney təcili pul köçürmə sisteminə qoşulub

Azərbaycan, Bakı, 20 iyul / Trend /

Azərbaycan bankı Xalq Bank daha bir təcili pul köçürmə sistemi Private Money-ə qoşulma prosesini başa çatdırıb, bu barədə bankı məlumatında deyilir.

Yeni sistem vasitəsilə hesab açılmadan da qısa müddət ərzində və pul göndərəndən alınan üç faizlik  komissiya üzrə pul göndərmək və ya almaq mümkündür.

Köçürmələrin geniş coğrafiyası (MDB, Latviya, Portuqaliya, Kipr) sistemin üstünlükləri sırasına daxildir.

PrivateMonye ilə yanaşı bank Western Union, Təcili Poçt, Migom, Xpress Money, Contact sistemləri vasitəsilə analoji xidmətlər təqdim edir.

Hazırda Xalq bank-ın xidmət şəbəkəsinə Bakıda və ölkə regionlarında səkkiz filial və dörd şöbə daxildir.

Xəbər lenti

Xəbər lenti