...

Böhran sığorta bazarında peşəkarları üzə çıxaracaq – Azərbaycan Dövlət Sığorta Nəzarəti Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 17:20 (UTC +04:00)
Böhran vəziyyəti Azərbaycanın sığorta şirkətlərinin peşəkarlığına müsbət təsir edə bilər.

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir Ü.İsmayılova /

Böhran vəziyyəti Azərbaycanın sığorta şirkətlərinin peşəkarlığına müsbət təsir edə bilər. Bunu bazar ertəsi Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.

"Bazardakı bir çox şirkətlər əlavə xərcləri azaltmağa, anderraytinqi (sığortaya təklif olunan risklərin analizi) daha səmərəli aparmağa başlayıblar", - Xəlilov deyib.

Onun sözlərinə görə, böhran başa çatandan sonra Azərbycanın sığorta bazarında böhran vəziyyətinə hazır olan peşəkar şirkətlər məlum olacaq.

"Yaranan durum həm də şirkətlərin növbəti belə vəziyyətə hazırlığına xidmət edəcək", - Xəlilov deyib.

Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. 2008-ci ildə sığorta bazarında artım tempi 22 faiz təşkil edib. 2007-ci ildə bu göstərici 60 faiz çox olub. Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-aprel aylarında 15,23 milyon manat ödəmələrlə 58,46 milyon manat sığorta haqqı toplanıb.

İyulun 20-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti