...

Fransa bankı Azərbaycanın infrastrukturuna sərmayə qoymaq fikrindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 16:05 (UTC +04:00)
"Fransanın "Societe Generale" korporativ və sərmayə bankının Azərbaycan üçün limiti bu ilə 800 milyon dollar təşkil edir", - çərşənbə axşamı bankın regional nümayəndəsi Teybə Quliyeva deyib.
Fransa bankı Azərbaycanın infrastrukturuna sərmayə qoymaq fikrindədir

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Fransanın "Societe Generale" korporativ və sərmayə bankının Azərbaycan üçün limiti bu ilə 800 milyon dollar təşkil edir", - çərşənbə axşamı bankın regional nümayəndəsi Teybə Quliyeva deyib. Bankın nümayəndəliyinin portfeli bu gün təxminən 500 milyon dollar təşkil edir.

"Bu məbləğin yarıdan çoxu artıq istifadə olunub", - Quliyeva bildirib.

Onun sözlərinə görə, bankın regional nümayəndəliyi bir neçə layihəyə malikdir. Onları yerli banklarla (o cümlədən Beynəlxalq Bank) birlikdə, özəl şirkətlər üçün maliyyələşdirməni planlaşdırılır.

Quliyevanın sözlərinə görə, "Societe Generale" digər beynəlxalq banklar kimi, avadanlıq, yeni texnologiya və b. idxalı olduğu yerlərin maliyyələşdirilməsinə üstünlük verir.

"Biz böyük ticarət əməliyyatlarında iştirak etməyi planlaşdırmırıq, sadəcə istehsal üçün strukturlaşdırmanı maliyyələşdiririk", - bankın regional nümayəndəsi deyir.

"Bank həmçinin Azərbaycanda bir sıra infrastruktur layihələrini həyata keçirməyi planlaşdırır. Yaxın zamanlarda biz 500 milyon dollarlıq sövdələşmələri nəzərdən keçiririk. Biz maliyyələşdirən tərəf və təşkilatçı qismində çıxış edirik", - Quliyeva bildirib.

"Azərbaycan "Societe Generale" üçün regionda ən prioritet ölkədir", - o əlavə edib.

"Societe Generale" Azərbaycanda 1998-ci ildən Azərbaycan, Gürcüstan və Türkmənistanı əhatə edən regional nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir.

Bu gün bank sektoruna sərmayələr müxtəlif alətlər vasitəsilə həyata keçirilir - sindikatlaşdırılmış kredit, ticarət, layihə, ixrac maliyyələşdirilməsi.

Bank Azərbaycanda realizə olunan bir sıra əsas strateji layihələrdə uğurla iştirak edib. Onların içərisində "Azəri-Çıraq-Günəşli" yataqlarının genişmiqyaslı işlənməsi, Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutu üzrə boru kəmərinin tikintisi üzrə layihələri göstərmək olar. Sonuncuda "Societe Generale" aparıcı səlahiyyətli təşkilatçı qismində çıxış edib. "Şahdəniz" qaz yatağının işlənməsi və Sumqayıtda 570 meqavatlıq elektrik stansiyasının tikintisi layihəsində "Societe Generale" birgə aparıcı təşkilatçı qismində çıxış edib.

"Societe Generale"-ın ən böyük sərmayəsi BTC olaraq qalır. Burada onun iştirakı 65 milyon dollar olub. Bankın ümumi kredit həcmi 750 milyon dollar təşkil edir.

İyulun 21-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti