...

Azərbaycan böyük ticarət obyektlərinin tikintisi üçün xarici operatorları cəlb edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 17:48 (UTC +04:00)
Küveyt-Azərbaycan İnvestisiya şirkəti (KAIC) 2009-cu ildə kənd təsərrüfatı, kommersiya daşınmaz əmlakı və logistika sahələrində layihələr həyata keçirməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı KAIC-ın baş direktoru Riyad Qasımov bildirib.

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir U.ismayılova /

Küveyt-Azərbaycan İnvestisiya şirkəti (KAIC) 2009-cu ildə kənd təsərrüfatı, kommersiya daşınmaz əmlakı və logistika sahələrində layihələr həyata keçirməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı KAIC-ın baş direktoru Riyad Qasımov bildirib.

"Biz artıq bir sıra layihələr əldə etmişik, hazırda onlar müzakirə mərhələsindədirlər", - deyə Qasımov bildirib.

Onun sözlərinə əsasən, şirkət dövlətin maraqlarını nəzərə alaraq kənd təsərrüfatının inkişafı və dəstəklənməsində fəal iştirak etmək niyyətindədir.

Şirkətin kapitalının KAIC-ın fəaliyyətinin birinci mərhələsində 20 milyon dollara kimi artırılmasını nəzərə alan Qasımov bildirib ki, maksimum dörd-beş milyon dollar həcmində olan iki və ya üç layihədə, minimum isə bir-iki min dollar məbləğində olan layihələrdə iştirak etmək planlaşdırılır.

Kənd təsərrüfatında mümükün layihələrdən danışarkən Qasımov bildirib ki, bunlar yerli və əcnəbi investorlarla birgə layihələr də ola bilər.

Kənd təsərrüfatında meyvə və tərəvəzlərin saxlanması üçün logistik mərkəzlərin tikintisi də vacibdir. KAIC bu kimi mərkəzləri inşa etmək və məhsulları saxlaya biləcək və gələcəkdə ölkədən kənara, xüsusilə də Rusiya və Qazaxıstana ixrac edə biləcək sahibkarlara icarəyə vermək niyyətindədir.

"Kommresiya daşınmaz əmlaklarının tikintisi sahəsində, yəni böyük layihələr üçün biz xarici operatorları cəlb etmək niyyətindəyik", - Qasımov bildirib.

Onun sözlərinə görə, bu kimi təcrübədən bir çox ölkələrdə böyük ticarət obyektlərinin inşası üçün istifadə olunur.

"KAIC-ın 2011-2012-ci illər üzrə inkişaf planında xarici investorlar hesabına əlavə vəsait cəlb edilir. Küveyt tərəfi buna hazırdır, Azərbaycan tərəfi də buna qarşı olmayacaq", - Qasımov deyib.

KAIC Azərbaycanın İnvestisiya Şirkəti və Küveyt Maliyyə Evinin törəmə şirkəti "Turcapital" tərəfindən təsis edilib.

Razlığa əsasən, AİŞ-in iştirak payı 25 faiz, səhmlərin 75 faizi isə "Turcapita HOLDİNG"-ə (Bəhreyn) məxsus olacaq. KAIC-ın ilkin kapitalı 410 min manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti