...

Azərbaycan iqtisadiyyatı və milli valyuta sabit qalmaq üçün yetərincə güclüdür - Prezident

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2009 13:05 (UTC +04:00)
"Azərbaycan iqtisadiyyatı və milli valyuta sabit qalmaq üçün yetərincə güclüdür", - Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları üzrə iclasında deyib. İclas dövlət başçısının sədrliyi altında keçirilib, AzərTAc dövlət informasiya agentliyi məlumat verib.
Azərbaycan iqtisadiyyatı və milli valyuta sabit qalmaq üçün yetərincə güclüdür - Prezident

Azərbaycan, Bakı, 23 iyul / Trend /

"Azərbaycan iqtisadiyyatı və milli valyuta sabit qalmaq üçün yetərincə güclüdür", - Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları üzrə iclasında deyib. İclas dövlət başçısının sədrliyi altında keçirilib, AzərTAc dövlət informasiya agentliyi məlumat verib.

"Digər ölkələrdən fərqli olaraq, bizim milli valyuta devalvasiyaya məruz qalmadı. Bu, çox vacib iqtisadi və sosial göstəricidir. Bir sıra ölkələrdə yerli istehsalçıların imkanlarını genişləndirmək məqsədilə süni devalvasiya aparılıb. Biz də buna gedə bilərdik, ancaq getmədik. Çünki biz ilk növbədə insanların həyat səviyyəsinin qayğısına qalmalıyıq", - İlham Əliyev qeyd edib.

Prezident yaxın aylarda bu sahədə heç bir dəyişiklik olmayacağına əminliyini bildirib.

İlham Əliyevin sözlərinə görə, ölkədə pul gəlirlərinin, əhalinin orta aylıq əmək haqqının 15-19 faiz artımı ilə yanaşı, inflyasiya 3,7 faiz səviyyəsində qalır ki, bu da gözəl göstəricidir. Ötən illərdə inflyasiya daha yüksək rəqəmlərlə ölçülürdü.

"Ötən il inflyasiya 20 faiz təşkil edib. Düzdü, ötən il iqtisadi artım daha yüksək idi. Ancaq mən əminəm ki, qarşıdakı illərdə, uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatı daha yüksək templərlə inkişaf edəcək. Çünki bizim yetərincə maliyyə resursumuz var", - İlham Əliyev deyib.

Onun sözlərinə görə, bu il və qarşıdakı illərdə infrastruktur layihələrinə sərmayələr qoyulub və qoyulmaqdadır, kreditləşdirmə siyasəti də aparılmaqda davam edəcək.

"Eyni zamanda, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti nəticəsində gələcəkdə bizim ölkəyə böyük xarici və daxili sərmayələr qoyulacaq", - prezident deyib.

Xəbər lenti

Xəbər lenti