...

Bakının Nərimanov rayonunda 100 kq müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2009 17:09 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında iyulun 22-də növbəti monitorinqlərin keçirilməsi zamanı satışdan 100 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları çıxararaq məhv edib.
Bakının Nərimanov rayonunda 100 kq müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir Ü.İsmayılova /

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında iyulun 22-də növbəti monitorinqlərin keçirilməsi zamanı satışdan 100 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları çıxararaq məhv edib. Bu barədə nazirliyin cümə axşamı yayılmış məlumatında deyilir.

Monitorinqlər Bakının Nərimanov rayonunda keçirilib. Bu rayondakı mağazalardan istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məhsulları, süd və süd məhsulları, mayonez, bitki yağları, pivə, meyvə suları, su və digərləri aşkar olunaraq satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 5 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 36 hüquqi şəxsə 140,5 min manat, 208 fiziki şəxsə 312,5 min manat cərimə tətbiq olunub.

Monitorinqlər davam edir.

İyulun 23-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti