...

Azərbaycanda xarici iqtisadi fəaliyyət üzrə daha effektli "vahid pəncərə" sistemi tətbiq olunur – CARES

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2009 20:13 (UTC +04:00)
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) baş katibi Rəşad Rəsuli Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birlikdə CARES proqramı çərçivəsində Asiya İnkişaf Bankı (AİB) tərəfindən Sinqapurda "Xarici iqtisadi fəaliyyətdə vahid pəncərə elektron sisteminin inkişafı" mövzusunda təşkil olunmuş seminarda iştirak edib.

Azərbaycan, Bakı, 23 iyul / Trend /

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) baş katibi Rəşad Rəsuli Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birlikdə CARES proqramı çərçivəsində Asiya İnkişaf Bankı (AİB) tərəfindən Sinqapurda "Xarici iqtisadi fəaliyyətdə vahid pəncərə elektron sisteminin inkişafı" mövzusunda təşkil olunmuş seminarda iştirak edib. Bu barədə cümə axşamı təşkilatdan məlumat verilib.

AİB məsləhətçiləri seminarda Azərbaycan, Özbəkistan, Qırğızstan və Monqolustanda tətbiq olunan "vahid pəncərə" sisteminin inkişafina dair milli proqramın analizinin, eləcə də CARES çərçivəsində "vahid pəncərə" regional sisteminin yaradılmasına dair proqramın təqdimatını keçiriblər.

"Seminardakı müzakirələr göstərib ki, CARES proqramına daxil olan ölkələr arasında Azərbaycanda xarici iqtisadi fəaliyyətdə daha effektli "vahid pəncərə" sistemi tətbiq olunur", - məlumatda deyilir.

Üzvlər arasında keçirilən sorğu Azərbaycanda belə sistemin tətbiqinin effektliliyini göstərdi. Əgər əvvəllər bir yük maşınının gömrük rəsmiləşdirməsi 4 gün vaxt aparırdısa, bu sistemin tətbiqindən sonra bu, üç saata başa gəlir. Bundan əlavə, əvvəllər yüklərin gömrük rəsmiləşdirməsi üçün 40 səhifə həcmində xeyli sənəd lazım idisə, indi iki səhifəlik sənəd lazımdır. Eləcə də yüklərin saxlanması ilə bağlı xərclər əhəmiyyətli dərəcədə azalıb.

"ATİB "vahid pəncərə" sisteminin təkmilləşdirilməsi və tətbiqi sahəsinin genişləndirilməsi üzrə Azərbaycan Hökumətinin fəaliyyətini dəstəkləyir. Bu iş vahid elektron hökumətin yaradılmasına lazımdır", - məlumatda deyilir.

Azərbaycanda nəzarət-buraxılış məntəqələrində "vahid pəncərə" sistemi 2009-cu il yanvarın 1-dən tətbiq olunur.

ATİB 2004-cü ilin aprelində təsis edilib. Birliyin üzvləri Azərbaycan və Türkiyə kapitalı ilə 91 şirkətdir. ATİB üzvlərinin ümumi nizamnamə kapitalı 800 milyon dollardır. Bu şirkətlərin Azərbaycan iqtisadiyyatında investisiyasının ümumi həcmi 3 milyard dollardan çoxdur.

Xəbər lenti

Xəbər lenti