...

Belarus Qazaxıstan, Türkmənistan və Azərbaycanla sıx tərəfdaşlığa can atır - Prezident Lukaşenko

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2009 11:14 (UTC +04:00)
Belarus Qazaxıstan, Türkmənistan və Azərbaycanla sıx və tam tərəfdaşlıq münasibətləri qurmalıdır. Belarus Prezidenti Aleksandr Lukaşenko müşavirə zamanı məhz bu tapşırığı qoyub, BELTA, dövlət başçısının mətbuat xidmətinə istinadən yazır.
Belarus Qazaxıstan, Türkmənistan və Azərbaycanla sıx tərəfdaşlığa can atır - Prezident Lukaşenko

Azərbaycan, Bakı, 24 iyul / Trend /

Belarus Qazaxıstan, Türkmənistan və Azərbaycanla sıx və tam tərəfdaşlıq münasibətləri qurmalıdır. Belarus Prezidenti Aleksandr Lukaşenko müşavirə zamanı məhz bu tapşırığı qoyub, BELTA, dövlət başçısının mətbuat xidmətinə istinadən yazır.

"Bu mərhələdə bu, artıq siyasətçilərin işi deyil - biz öz işimizi görmüşük. İndi hər şey sahələrin, konkret müəssisələrin əlindədir", - Lukaşenko, Belarusun ölkə xaricindəki təsislərinin rəhbərləri ilə müşavirədə deyib. Müşavirədə həmçinin hökumət üzvləri, əsas nazirliklərin, qurumlar və böyük ixracatçı-müəssisələrin rəhbərləri iştirak edib.

Onun sözlərinə görə, Qazaxıstan, Türkmənistan və Azərbaycan vacib enerji resurslarına malikdirlər: "Bu resursların miqyası onların öz və ənənəvi xarici bazarların miqyasından üstündür. Bu ölkələr getdikcə daha böyük beynəlxalq əhəmiyyətli fiqurlar olmağa başlayırlar. Bu faktorları nəzərə alaraq, onların iqtisadiyyatını ciddi sənayeləşmə gözləyir".

Xəbər lenti

Xəbər lenti