...

Azərbaycan sığortaçıları vergi növlərinin birindən azad edilmələri barədə xahişlə müraciət edə bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2009 15:28 (UTC +04:00)
Azərbaycanda həyat sığortasına gəlir vergisi qoymaq lazım deyil, Az Sigorta şirkətinin İdarə Heyəti sədrinin müavini Xəyal Məmmədxanlı belə hesab edir.

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir Ü. İsmayılova /

Azərbaycanda həyat sığortasına gəlir vergisi qoymaq lazım deyil, Az Sigorta şirkətinin İdarə Heyəti sədrinin müavini Xəyal Məmmədxanlı belə hesab edir.

"Dünyanın bir çox ölkələrində həyat sığortasına gəlir vergisi qoyulmur və gəlirli hesab olunmur", - Məmmədxanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan sığortaçıları, Vergilər Nazirliyinə həyat sığortasının gəlir vergisindən azad edilməsi üçün Azərbaycan Sığortaçılar Asossasiyasına müraciət etmək niyyətindədirlər.

Məmmədxanlı deyib ki, gəlir vergisi sığortanın bu növünün ölkədə inkişafına mane olan yeganə problem deyil. Yalnız həyat sığortası ilə məşğul olan şirkətin inkişafı və yaradılması üçün əlavə kapital lazımdır.

"Hazırda böhrana görə əlavə kapital haqqında danışmaq çətindir", - Məmmədxanlı deyib.    

2008-ci ilin martında qüvvəyə minmiş "Sığorta fəaliyyəti" haqqınd qanuna əsasən, Azərbaycanda həyat və digər sığortalar bölünməli və müxtəlif kapitallarla fəaliyyət göstərməlidirlər.

Məmmədxanlının fikrincə, daha bir problem əhalinin xüsusilə də böhran vəziyyətində uzunmüddətli investisiya həyata keçirməkdən ehtiyat etməsidir. Potensial müştərilər şirkətin fəaliyyəti, maliyyə və digər göstəricilər barədə daha çox informasiya almağa cəhd edirlər.

"Həyat sığortasının inkişafı yolunda ən əsas təkan fəal təbliğat ola bilər", - Məmmədxanlı deyib.

Bu gün Azərbaycanda yalnız həyat sığortası xidməti göstərən bircə şirkət var - həyat və qeyri-həyat sığortası üzrə sığorta vəsiqələrinin bölünməsi yolu ilə Atesgah şirkətinin bazasında yaradılmış Atesgah Heyat.

Az Sigorta ölkənin sığorta bazarında 2006-cı ilin noyabr ayının 22-dən etibarən fəaliyyət göstərir. Hazırda ölkənin müxtəlif regionlarında şirkətin 8 filialı, həmçinin 40 regional nümayəndəliyi fəaliyyət göstərir. Az Sigorta üçü icbari olmaqla, 28 növ sığorta xidməti göstərir. İlin birinci yarısının nəticələrinə görə, şirkətin haqqları 5,56 milyon manat, ödəmələri 1,95 milyon manat təşkil edib.

İyulun 24-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti