...

Azərbaycan-Türkiyə birgə sığorta şirkətinin haqları il ərzində üçdə biq qədər azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2009 17:54 (UTC +04:00)
Azərbaycan-Türkiyə birgə sığorta şirkəti "Gunay-Anadolu Sigorta" fəaliyyətinin yekunlarına əsasən ilin birinci yarısında 0,434 milyon dollar məbləğində sığorta haqqı toplayıb, ödənişləri isə 0,140 milyon dollar təşkil edib.

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan-Türkiyə birgə sığorta şirkəti "Gunay-Anadolu Sigorta" fəaliyyətinin yekunlarına əsasən ilin birinci yarısında 0,434 milyon dollar məbləğində sığorta haqqı toplayıb, ödənişləri isə 0,140 milyon dollar təşkil edib. Bu barədə şirkətdən cümə günü bildirilib.

Şirkətin haqları il ərzində 31,6 faiz, may ayında isə 11,9 faiz azalıb. İl ərzində şirkətin ödəmələri iki dəfə artıb.

Bu dövr ərzində şirkətin haqları avtosığorta üzrə 0,115 milyon dollar, ödəmələri isə 0,70 milyon dollar təşkil edib. Bədbəxt hadisələrdən sığortalanma üzrə haqlar 0,39 milyon dollar, ödəmələri 0,47 milyon dollar olub. Sığortanın icbari növlər üzrə haqları 0,05 milyon dollar təşkil edib.

Yüklərin sığortalanması üzrə haqlar ödəmə olmadan 0,04 milyon dollar təşkil edib. Yanğından sığortalanma 0,51 milyon dollar, ödəmələri isə 0,632 milyon dollar, tibbi sığorta 0,24 milyon dollar, ödəmələri isə 0,17 milyon dollar təşkil edib.

1992-ci ildən fəaliyyət göstərən "Gunay Anadolu Sigorta"-nın təsisçisi "Gunay" səhmdar bankı və Türkiyənin "Anadolu Anonim" sığorta şirkətidir. Şirkətin nizamnamə kapitalı 806 min manat təşkil edir.

İyulun 24-ə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti