...

Palmali Şirkətlər Qrupu Bodrumda yeni komfortlu SPA oteli açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2009 18:33 (UTC +04:00)
Dünyanın beş iri gəmiçilik şirkətlərindən biri olan Palmali Şirkətlər Qrupu Bodrumda (Türkiyə) Palmalife Bodrum & Spa Resort komfortlu oteli istifadəyə verib.

Dünyanın beş iri gəmiçilik şirkətlərindən biri olan Palmali Şirkətlər Qrupu Bodrumda (Türkiyə) Palmalife Bodrum & Spa Resort komfortlu oteli istifadəyə verib.

Palmalife-ın bütün gün ərzində istifadə oluna bilən örtülü və açıq idman meydançaları, su idman növləri üçün yeri, professor Osman Müftüoğlunun rəhbərliyi altında Wellness Spa mərkəzi, italyan mətbəxinin unikal yeməklərini təklif edən dünyaca məşhur Da Silvano restoranı var. Palmalife Wellness ən müasir avadanlıqlarla təchiz olunub.

Palmali Şirkətlər Qrupu İstanbulda da otel açmaq niyyətindədir. Marriott International şirkəti ilə razılaşmaya görə, dünyada ilk dəfə Türkiyədə Edition seriyalı otel açılacaq.

Bir müddət əvvəl Palmali HSBC-dən 93 milyon türk lirəsinə İstanbulda yerləşən bina alıb. Binanı "lüks" tipli mehmanxanaya çevirmək nəzərdə tutulur. Bu otelin 2010-cu ildə açılması planlaşdırılır.

Palmali daxili sular və dəniz yolları ilə daşıma həyata keçirən iri gəmiçilik şirkətidir. Şirkət gəmiləri Rusiya Federasiyasının bayrağı altında idarə edir, neft və neft məhsulları, maye yağlar, quru və əsas yüklərin daşınmasında zəngin təcrübəyə malikdir. Palmalinin idarəçiliyi altındakı gəmilərin sayı 120 ədəddən çoxdur. Şirkətin bölmələrinin əhatə dairəsi demək olar ki, bütün RF ərazisini əhatə edir, eləcə də dünyanın bir çox ölkələrində nümayəndəliyi var.

Xəbər lenti

Xəbər lenti