...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2009 11:42 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 27 iyul  / Trend , müxbir N.İsmayılova /

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80414 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyulun 22 və 24-də 1 ABŞ dolları üçün 0,8042manat, minimum isə iyulun 20,21 və 23-də 1 ABŞ dollarına 0,8041 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

13 iyul

0,8044

20 iyul

0,8041

14 iyul

0,8043

21 iyul

0,8041

15 iyul

0,8043

22 iyul

0,8042

16 iyul

0,8042

23 iyul

0,8041

17 iyul

0,8041

24 iyul

0,8042

Həftə ərzində orta məzənnə

0,80426

Həftə ərzində orta məzənnə

0,80414

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,007 bənd (0,7 faiz)ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80316 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyulun 20-də 0,8026 AZN/USD məzənnəsi ilə - $6,75 mln, iyulun 21-də 0,8033 AZN/USD məzənnəsi ilə $9,45 mln, iyulun 22-də 0,8033 AZN/USD məzənnəsi ilə $0,485 mln, iyulun 23-də 0,8033 AZN/USD məzənnəsi ilə $1.48 mln, iyulun 24-də isə 0,8033 AZN/USD məzənnəsi ilə $3,9 mln

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

13 iyul

0,8041

20 iyul

0,8026

14 iyul

0,8041

21 iyul

0,8033

15 iyul

0,8040

22 iyul

0,8033

16 iyul

0,8034

23 iyul

0,8033

17 iyul

0,8033

24 iyul

0,8033

Həftə ərzində orta

0,80378

Həftə ərzində orta

0,80316

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti sabit qalıb - alışı doqquz manat, satışı 10 manat. Qiymətlərin bu cür azalması (2009-cu ilin əvvələrində çeklərin qiyməti bəzən 20 manatı ötüb) dövlət mülkiyyətinin özəlləşdirilməsinin zəifləməsi ilə izah olunur.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti