...

Bakı Rieltorları Assosiasiyası elektron məlumat bazasının yaradılması üzrə planlarını ertələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2009 14:36 (UTC +04:00)
"Bakı Rieltorları Assosiasiyası (BRA) ölkənin daşınmaz əmlakının vahid elektron məlumat bazasının yaradılması üzrə planlarını daha gec tarixə ertələyib", - bazar ertəsi, assosiasiyanın prezidenti Vəfadar Axundov deyib.

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Bakı Rieltorları Assosiasiyası (BRA) ölkənin daşınmaz əmlakının vahid elektron məlumat bazasının yaradılması üzrə planlarını daha gec tarixə ertələyib", - bazaar ertəsi, assosiasiyanın prezidenti Vəfadar Axundov deyib.

"Assosiasiya bu addımı məlumat bazasının yaradılması üçün vəsaitlərin olmaması səbəbindən atır", - Axundov bildirib. Onun sözlərinə görə, bazanın yaradılması üçün təxminən 30 min manat lazımdır.

"Daşınmaz əmlakın vahid elektron məlumat bazasının bütün sistem və sxemi hazırdır, bircə onu işə buraxmaq qalır ki, bu da vəsait olduğu zaman realizə ediləcək", - Axundov deyib.

BRA-nın təsisçiləri "MBA Group" şirkəti, "New Europe" və "Baki Emlak" rieltor şirkətləridir. 2008-ci ilin oktyabrında assosiasiya Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bu gün assosiasiyanın 80 üzvü var. Assosiasiyanın üzvlük haqqı 100 manatdır.

Assosiasiyanın əsas məqsədləri Azərbaycanda rieltor fəaliyyətinin standartlarının müəyyənləşdirilməsi, xüsusi peşəkar hazırlıq mərkəzinin yaradılması, həmçinin rieltorların sertifikasiya sisteminin tətbiqidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti