...

Gürcüstanın xarici ticarət dövriyyəsi ilin birinci yarısında 37 faizdən çox aşağı düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2009 17:45 (UTC +04:00)
2009-cu ilin yanvar-iyun aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2,51 milyard dollar təşkil edib. Statistika Departamentindən bildirildiyi kimi, sözügedən göstərici ötən ilin analoji dövründəki göstəricidən 37,2 faiz aşağıdır.

Gürcüstan, Tbilisi, 27 iyul / Trend , müxbir N.Kirsxaliya /

2009-cu ilin yanvar-iyun aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2,51 milyard dollar təşkil edib. Statistika Departamentindən bildirildiyi kimi, sözügedən göstərici ötən ilin analoji dövründəki göstəricidən 37,2 faiz aşağıdır.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin ümumi həcmi üzrə ixrac 515,1 milyon dollar, idxal isə 1 milyard 992,5 milyon dollar təşkil edib.

Mənfi ticarət saldosu 1,48 milyard dollar təşkil edib. Gürcüstanın ticarət defisiti 1,56 milyard dollar təşkil edən 95 ölkə ilə mənfi saldosu var. Milyon dolları ötən müsbət balans dörd ölkə Kanada (48,4 milyon), Ermənistan (15 milyon), Bolqarıstan (8,3 milyon) və İraq (5,9 milyon) ilə müşahidə edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti