...

Azərbaycan hökuməti rieltor fəaliyyəti haqqında qanun layihəsini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2009 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir Ü.İsmayılova /

Bakı Rieltor Assosiasiyası Azərbaycan parlamentinə "rieltor fəaliyyəti" haqqında qanun layihəsi təqdim edib, deyə assosiasiyanın prezidenti Vəfadar Axundov bildirib.

"Qanun layihəsi əsasən Azərbaycanda rieltor fəaliyyətinin düzgün formalaşdırılmasını və keyfiyyətinin artırılmasını nəzərdə tutur", - deyə Axundov bildirib.

Onun sözlərinə görə, qanun layihəsinə əsasən, rieltor fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər bu işi məcburi surətdə öyrənməli və müvafiq kurslar və treninqlər keçməlidirlər. 

Assosiasiyanın təsisçiləri "MBA Group" şirkəti, "New Europe" rieltor şirkəti və "Bakı Emlak"dır. 2008-ci ilin oktyabr ayında assosiasiya Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Hazırda assosiasiyanın 80 üzvü var. Assosiasiyaya üzvlük haqqı 100 manat təşkil edir.

Assosiasiyanın əsas vəzifəsi Azərbaycanda rieltor fəaliyyətinin funksiya standartlarının müəyyənləşdirilməsi , xüsusi peşəkar hazırlıq mərkəzinin yaradılması, həmçinin riletor sertifikasiya sistemlərinin tətbiqidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti