...

Azərbaycan Nəqliyyat Nazirliyi yeni asma körpünü istismara verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2009 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / Trend /

Azərbaycan Nəqliyyat Nazirliyi Araz çayı üzərindən ölkənin Sabirabad və Saatlı rayonlarının (Aran iqtisadi zonası) 12 kəndi arasında avtomobil nəqliyyatı hərəkətini nizama salmağa imkan verən asma körpünü istismara verib, Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin məlumatında deyilir. 

Yeni körpünün inşası Sabirabad rayonunun yeddi kəndi və Saatlı rayonunun beş kəndi arasında məsafənin azaldılmasına imkan verib. Yeni körpü iki rayonun iqtisadi həyatında böyük rol oynayacaq.

Körpünün yük gücü 50 ton, uzunluğu 106 metr, eni 4,5 metr, yüksəkliyi isə 16 metr təşkil edir. Körpü eyni zamanda iki piyada keçidinə də malikdir. Gün ərzində körpüdən 30 min nəfər istifadə edə bilər.

Xəbər lenti

Xəbər lenti