...

Azərbaycanda istehlakçı hüquqlarının pozulması ilə bağlı növbəti fakt aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2009 14:49 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarında növbəti monitorinqlər zamanı 150 kiloqramdan çox vaxtı keçmiş məhsullar aşkarlayıb, satışdan götürərək məhv edib.
Azərbaycanda istehlakçı hüquqlarının pozulması ilə bağlı növbəti fakt aşkarlanıb

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir Ü. İsmayılova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarında növbəti monitorinqlər zamanı 150 kiloqramdan çox vaxtı keçmiş məhsullar aşkarlayıb, satışdan götürərək məhv edib. Bu barədə çərşənbə axşamı nazirlikdən verilən məlumatda deyilir.

Monitorinqlər Bakının Əzizbəyov rayonunda keçirilib.

Bakının bu rayonundakı mağazaların piştaxtalarından kolbasa və qənnadı məhsulları, süd və süd məhsulları, sərinləşdirici içkilər müsadirə olunub.

İstehlakçıların hüquqlarını pozan beş fiziki şəxs barəsində inzibati hüquqpozmalara görə protokol tərtib edilib. 

Mayın 17-dən Azərbaycan Prezidentinin İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər ediməsi barədə fərmanından sonra, 38 hüquqi şəxsə 148,5 min manat, 221 fiziki şəxsə 332 min manat cərimə tətbiq olunub.

Monitorinqlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti