...

TBC Kredit-in kredit portfeli 16 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2009 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / Trend /

Qeyri-bank kredit təşkilatı TBC Kredit-in kredit portfeli ilk yarımilin yekunlarına görə, 16,5 milyon dollar təşkil edib, aktiv kreditlərin sayı isə 1301 olub. Bu barədə təşkilatdan məlumat verilib.

TBC Kreditin kredit portfelinin diversifikasiyası belədir: 85 faiz - biznes və ipoteka kreditləri, 15 faizi - istehlak kreditləri.

TBC Kredit həmçinin müştəri xidmətləri şəbəkəsinin genişləndirilməsini davam etdirir və yaxın zamanlarda Sumqayıtda üçüncü servis-mərkəzini açmağı planlaşdırır. Keçən il açılan iki mərkəz Bakıda yerləşir. Hazırda şirkət kiçik biznesin aktiv maliyyələşdirilməsinə yönəldilib və bu məqsədlə kredit mütəxəssisləri toplayır.   

TBC Kreditin əsas təsisçiləri Gürcüstanın TBC Bank şirkəti (səhmlərin 75 faizinə malikdir) və Amerikanın Shorebank qrupuna daxil olan Shorebank International beynəlxalq konsaltinq firmasıdır (25 faiz səhmə malik).  Shorebank 2000-ci ildə SOA Credit-i təşkil edib. TBC Kredit-in kapitalına TBC Bank-ın girişi ötən ilin dekabrında əlavə investisiya hesabına reallaşdırılıb və nəticədə kredit təşkilatının kapitalı 10 milyon manat qədər artıb.

İyulun 28-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti