...

Azərbaycan bazarında sementin 10 faizi saxtadır - AİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2009 16:38 (UTC +04:00)
"Monitorinqin yekunlarına uyğun olaraq, saxta sement Azərbaycanın yalnız qərb və cənub bölgələrində aşkar edilməyib", - Hüseynov bildirib.

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan bazarında sementin 10 faizi qanunsuz istehsal olunur. Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) başçısı Eyyub Hüseynov ölkənin şimal, cənub və qərb regionlarında, həmçinin Aran zonasında aparılan monitorinqlərin yekunlarına həsr olunan mətbuat konfransında bildirib. 

"Ölkə bazarının bu seqmentində istehlakçı hüquqları pozulur", - Hüseynov deyib.

Hüseynov bildirib ki, monitorinqlər AİB və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılıb.

"Monitorinqin yekunlarına uyğun olaraq, saxta sement Azərbaycanın yalnız qərb və cənub bölgələrində aşkar edilməyib", - Hüseynov bildirib.

Şimal regionları - Quba, Qusar, Xaçmaz və Xudat rayonlarında aparılan monitorinqlər zamanı məlum olub ki, burada istehlakçılara əsasən Azərbaycanın istehsal etdiyi "Garadagh cement" və "Garadagh optimal" və Rusiyanın "Yevrosement" markalı sementləri təklif olunur. Quba rayonunda tikinti malları satışı obyektlərindən birində istehlakçılara "Garadagh cement" markası altında saxta sement təklif edilir.   

Xaçmaz rayonunda "Yevrosement" markalı sement satılır. Rayonda bu kimi sementin satışı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dayandırılıb.

Masallı, Lənkəran və Biləsuvar rayonlarında əsasən "Garadagh cement"in tərkibinə daxil olan "Garadagh optimal" və "Garadagh special" markalı sementlər, həmçinin İran istehsalı olan "Erdebil" və Gürcüstanın "Euro cement" markalı sementləri satılır.

Azərbaycanın Aran zonasında - Hacıqabul, Sabirabad, Saatlı və Salyan rayonlarında "Garadagh optimal" və "Garadagh special", "Erdebil" və Gürcüstanın "Euro cement" markalı saxta sementi satılır. 

Azərbaycanın Sabirabad rayonunda 154 vahid Rusiya istehsalı olan, üzərində istehsalçı ölkənin ştrix kodu əks olunmayan "Yevrosement" markalı sementi aşkar edilib.

"Bu il keçirilən monitorinqin yekunlarına əsasən, Azərbaycanın sement bazarında vəziyyət 2006-ci ilin göstəriciləri ilə müqayisədə yaxşıdır", - deyə Hüseynov bildirib.

"Garadagh Cement" ASC Azərbaycanda böyük sement istehsalçısıdır.

Müəssisənin nizamnamə kapitalı 32 milyon manat təşkil edir. Şirkət həm yerli, həm də beynəlxalq standarlara cavab verən daxili məhsul bazarının böyük hissəsini təmin edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti