...

İlin birinci yarısında qeyri-neft sektorunda manatın real effektiv məzənnəsi ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2009 16:57 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, neft sektoru nəzərə alınaraq, 2009-cu ilin birinci yarısında manatın real effektiv məzənnəsi (REM)2008-ci ilin dekabr ayın da ölkənin xarici ticarət tərəfdaşlarının valyutasına nisbətdə ümumi ticarət dövriyyəsində 5 faiz, idxalda 4,5, ixracda 5,4 faiz azalıb.

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, neft sektoru nəzərə alınaraq, 2009-cu ilin birinci yarısında manatın real effektiv məzənnəsi (REM) 2008-ci ilin dekabr ayında ölkənin xarici ticarət tərəfdaşlarının valyutasına nisbətdə ümumi ticarət dövriyyəsində 5 faiz, idxalda 4,5, ixracda 5,4 faiz azalıb. Bu barədə cümə günü AMB-dən bildirilib.

Aparılan tədqiqatlar həmçinin göstərib ki, 2009-cu ilin birinci yarısında REM-in xarici ticarətdə artmasına Rusiyanın payının təsiri 0,1 faiz səviyyəsində, Qazaxıstanın 16,5, Yaponiyanın isə 4,2 faiz olub. ABŞ-ın məzənnənin azalmasında payı 4,5 faiz, Avropa zonası 7,2 faiz, İngiltərə 12,9 faiz, Ukrayna 12,4 faiz, Gürcüstan 4,5 faiz, İran 8,8 faiz, Çin 3,1 faiz, Türkiyə 4,4 faiz və İsrailin payı 3,4 faiz səviyyəsindədir.

İlin birinci yarısında 2008-ci ilin dekabr ayına nisbətdə qeyri-neft sektorunda REM ümumi ticarət dövriyyəsində 3,4 faiz, idxalda 3,5 faiz, ixracda 2,6 faiz azalıb.

Manat Çin, İran, Gürcüstan, Ukrayna, İngiltərə və Avropa valyutasına nisbətdə nominal azalıb, Rusiya, Qazaxıstan və Yaponiya valyutasında isə real möhkəmlənib.

İyulun 31-nə olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti