...

Azərbaycan gəmilərinin Rusiyanın daxili sularında hərəkət etməsi üçün icazə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2009 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend /

Rusiya hökuməti Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) gəmilərəinin RF-nın daxili sularından keçməsinə icazə verib.

Rusiya hökuməti tərəfindən verilən sərəncamda deyilir ki, 2009-cu ilin naviqasiya dövrü ərzində Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən nəqliyyat yük gəmilərinin RF-nin dövlət sərhədində çoxtərəfli buraxılış məntəqələrinin açıq olduğu limanlarda sərhəd, gömrük və digər nəzarət növlərini keçməklə Rusiya Federsiyasının su yolları ilə Azov dənizindən Xəzər dənizinə və Xəzər dənizindən Azov dənizinə birdəfəlik keçidinə icazə verilir.

Sərəncama müvafiq olraq Azərbaycan dövlətinin bayrağı altında üzən gəmilər Azov dənizindən Xəzər dənizinə 23 dəfə, Xəzərdən Azov dənizinə isə 14 dəfə keçmək üçün icazə alıb. Sərəncama əsasən,  gəmilərin bu ərazilərdən keçməsi bu ilin iyulun 20-dən oktyabrın 30-na kimi mümkündür.

Xəbər lenti

Xəbər lenti