...

Özbəkistan 2010-cu ildə ÜDM-də kiçik biznesin payını 52,5 faizə çatdırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2009 14:13 (UTC +04:00)
Özbəkistan 2011-cu ilə kimi ÜDM sektorunda kiçik biznesin payını 52,5 faizə çatdırmağı planlaşdırır, Dövlət Antinhisar Komitənin mətbuat xidmətinin məlumatında deyilir.

Özbəkstan, Daşkənd, 2 noyabr/ Trend , müxbir D.Əzizov/

Özbəkistan 2011-cu ilə kimi ÜDM sektorunda kiçik biznesin payını 52,5 faizə çatdırmağı planlaşdırır, Dövlət Antinhisar Komitənin mətbuat xidmətinin məlumatında deyilir.

"Sahibkarlığın müsbət tendensiyasının inkişafını və biznesin inkişafına mane olan baryerlərin aradan qaldırılması üzrə qəbul edilmiş ölçüləri nəzərə alaraq? Dövlət Antinhisar Komitədə 2010-cu il üçün kiçik biznesin bütün parametrləri hazırlanıb. 2010-cu ildə kiçik biznesin ÜDM-dəki payının 52,5 faizə, ixracatdakı payının isə 18,2 faizə qədər artırılması nəzərdə tutulur", - məlumatda deyilir.

Antinhisar İdarəsinin oktyabrın 1-nə olan məlumatına görə, respublikada fəaliyyətdə olan hissələri 93,1 faiz artmış 450,5 min kiçik sahibkarlıq subyektləri qeydiyyatdan keçib. Fəaliyyətsiz müəssisələrin xüsusi çəkisi ilin əvvəli ilə müqayisədə 1,7 faiz aşağı düşərək 31,2 min təşkil edib.

Yanvar-sentyabrda 32,8 mindən çox sahibkarlıq subyekti yaradılıb, onlardan 28,1 faizi ticarət müəssisələri və ictimai qida, 26,6 faizi kənd təsərrüfatı müəssisələri, 15,7 faizi sənaye və 10,1 faizi tikinti müəssisələridir. Ümumi kəmiyyətdən 451 müəssisə xarici kapitalin iştirakı ilə yaradılıb.

Cari ilin doqquz ayının yekunlarına görə, kiçik biznesin və özəl sahibkarlığın Özbəkistan ÜDM- də payı 2008-ci ilin analoji dövründə olan 40,2 faizə nisbətdə 40,9 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti