...

Azərbaycan İpoteka Fondu istiqrazlarının növbəti yerləşdirilməsi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2009 16:44 (UTC +04:00)
Noyabrın 2-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Azərbaycan İpoteka Fondu istiqrazlarının növbəti yerləşdirilməsi keçirilib

Azərbaycan, Bakı, 02 noyabr / Trend /

Noyabrın 2-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə bazar ertəsi BFB-dən yayılan məlumatda deyilir.

Sifarişlər 3 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə məbləği 4 247 min manat təşkil edib.

Sifarişlər 101.1583% qiymətdə təqdim edilib. Hərraca çıxarılan məbləğ tam həcmdə yerləşdirilib.

İstiqrazların ödənmə tarixi 10 may 2016-cı ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsinə 16 iyun 2009-cu il tarixində başlanıb. Bu günədək 44 milyon manatlıq istiqrazlar təqdim edilib və tam həcmdə yerləşdirilib.

Emissiyanın ümumi həcmi 55 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manatdır.

Noyabrın 02-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti