DəmirBank-da müştəri depozitləri 64% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2009 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend /

DəmirBank-ın aktivləri 1 noyabr 2009-cu il tarixinə 256,3 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 43,8 mln. manat və ya 20,6% çoxdur. Bankın kredit portfelinin həcmi isə il ərzində 12,3 mln. manat artaraq 187,8 mln. manata çatıb. Bu barədə bankın cümə günü yayılmış məlumatında deyilir. Bankın kredit portfelinin həcmi il ərzində artaraq 187,8 milyon manat təşkil edib.

Bankda müştəri depozitlərinin həcmi 1 noyabr 2009-cu il tarixinə 90,6 mln. manat təşkil edib ki, bu isə ötən ilin müvafiq göstəricisindən 63,5% və ya 35,2 mln. manat çoxdur.

Əhalinin əmanətlərinin həcmi 1 noyabr 2009-cu il tarixinə 63,6 mln. manat olmuşdur ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 56,3% və ya 22,9 mln. manat artıb, bu da Bankın bu sahədə qazandığı uğurlarının göstəricisidir.

Bankın nizamnamə kapitalı 1 noyabr 2009-cu il tarixinə 16,4 mln. manat, məcmu kapitalı isə 45,5 mln. manat təşkil edib.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ilin oktyabr ayında fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Noyabrın 20-nə olan rəsmi məzənnə 0,8027 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti