...

Azərbaycanlı zəvvarlar "donuz qripi"nə görə müayinədən keçəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2009 12:59 (UTC +04:00)
Məkkə ziyarətindən qayıdan Azərbaycan vətəndaşları "donuz qripi" virusunun profilaktikası məqsədi ilə ölkənin nəzarət-buraxılış məntəqələrində müayinədən keçəcəklər. Bu barədə çərşənbə günü, Respublikanın Səhiyyə Nazirliyindən bildirilib.
Azərbaycanlı zəvvarlar "donuz qripi"nə görə müayinədən keçəcəklər

Azərbaycan, Bakı, 1 dekabr /Trend capital, müxbir Ü.İsmaylova/

Məkkə ziyarətindən qayıdan Azərbaycan vətəndaşları "donuz qripi" virusunun profilaktikası məqsədi ilə ölkənin nəzarət-buraxılış məntəqələrində müayinədən keçəcəklər. Bu barədə çərşənbə günü, Respublikanın Səhiyyə Nazirliyindən bildirilib.

"Zəvvarların yoxlanılması ilə əlaqədar hər hansı bir xüsusi təbir görülməyəcək, hər bir vətəndaş ölkəyə daxil olan digər şəxslərlə birgə sərhəddə müayinədən keçəcək", - nazirlikdən deyilib.

"Həcc ziyarəti üçün Məkkəyə gedən azərbaycanlı zəvvarlar vətənə qayıdırlar və artıq şəhərdən Suriya istiqamətində yola düşüblər", - zəvvarları müşayiət edən Qafqaz Müsəlmanları idarəsinin (QMİ) nümayəndəsi hacı Həmidullah Babayev daha öncə telefon vasitəsilə deyib.

Həcc ziyarəti noyabrın 25-də başlayıb. Səudiyyə Ərəbistanına dünyanın müxtəlif guşələrindən 2.5 milyondan çox zəvvar səfər edib. Bu il Azərbaycandan Həcc ziyarətinə iki min zəvvar gedib.

Ümumilikdə Azərbaycanda A/H1N1 virusuna 14 yoluxma faktı qeydə alınıb və bütün yoluxanlar tam sağalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti