...

Qazaxıstan Qara dəniz vasitəsilə taxıl ixracı üçün liman əldə etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2009 19:25 (UTC +04:00)

Qazaxıstan, Astana, 01 dekabr / Trend , müxbir K.Konırova/

Taxılın ixracının coğrafiyasının genişləndirilməsi üçün Qazaxıstan Qara dəniz sahillərində liman əldə etmək niyyətindədir. Bu barədə çərşənbə axşamı hökumət iclasında ölkənin kənd təsərrüfatı naziri Akılbek Kurişbayev bildirib.

Kurişbayev deyib ki, bu məqsədlə Qazaxıstan Qara dəniz limanında müvafiq infrastruktur əldə etməyi planlaşdırır.

"Qara dəniz vasitəsilə digər ölkələrə çıxmaq və ixracatın coğrafiyasını genişləndirmək üçün bizə mütləq Qara dənizdə liman və ya struktur almaq lazımdır", - o deyib.

Bundan əlavə, "Qazaxıstan temir jolı" SC dövlət şirkətinin prezidenti Askar Mamin qeyd edib ki, Qazaxıstan Taxıl İttifaqı artıq Horqos stansiyasından uzaqda olmayan Qazaxıstanın Çinlə sərhədində taxıl terminalının inşası üçün torpaq sahəsinin ayrılması xahişi ilə müraciət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti