...

Dünya böhranından çıxmaq üçün ölkələr fəaliyyətlərini əlaqələndirməlidirlər - Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2009 19:31 (UTC +04:00)
Dünyada baş verən iqtisadi-maliyyə böhranına qalib gəlmək üçün ölkələr öz fəaliyyətlərini əlaqələndirməlidirlər. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer belə hesab edir.
Dünya böhranından çıxmaq üçün ölkələr fəaliyyətlərini əlaqələndirməlidirlər - Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer

Azərbaycan, Bakı, 1 dekabr/ Trend , müxbir Ü. Sadıxova/

Dünyada baş verən iqtisadi-maliyyə böhranına qalib gəlmək üçün ölkələr öz fəaliyyətlərini əlaqələndirməlidirlər. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer belə hesab edir.

"İndi dünya iqtisadiyyatında disbalans müşahidə edilir, buna görə də böhrandan çıxmaq məqsədilə ölkələrin fəaliyyətləri əlaqələndirilməlidir", - Bakıda səfərdə olan Bleyer çərşənbə axşamı Trend -a deyib.

Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer çərşənbə axşamı Azərbaycanın AZMECO şirkətinin dəvəti ilə Bakıya səfər edib. Böyük Britaniyanın sabiq Baş nazirinin ölkəyə səfərinin məqsədi Avropa Yenidənqurma və İnkişaf Bankının AZMECO-ya metanol zavodunun inşası üçün 120 milyon dollarlıq kredit ayrılmasına dair müqavilənin imzalanması mərasimində iştirak etməkdir.

Maliyyə böhranı 2008-ci ilin payızında dünyanın ən böyük investisiya şirkətlərindən biri olan "Lehman Brothers" şirkətinin iflasa uğramasından sonra yaranıb və qlobal xarakter alıb.

Toni Bleyer Böyük Britaniyanın Leyborist Partiyasının lideridir və bu ölkənin 73-cü Baş naziri olub (1997-2007).

O, 2007-ci il iyun ayının 27-də Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə vasitəçi kvartetin xüsusi nümayəndəsi təyin edilib. 2008-ci ilin yanvar ayında isə JP Morgan bankının beynəlxalq şurasının üzvü və baş məsləhətçisi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti