...

Azərbaycanın lizinq şirkəti ilin sonunadək portfelini səkkiz milyon manatadək artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2009 17:43 (UTC +04:00)
Azərbaycanın lizinq şirkəti Texnika Leasing ilin sonunadək portfelini indiki yeddi milyon manatdan səkkiz milyon manata qədər artırmağı planlaşdırır. Bu barədə çərşənbə günü şirkətin İdarə Heyətinin sədri Elxan Nəcəfquliyev deyib.

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir Ü.İsmaylova/

Azərbaycanın lizinq şirkəti Texnika Leasing ilin sonunadək portfelini indiki yeddi milyon manatdan səkkiz milyon manata qədər artırmağı planlaşdırır. Bu barədə çərşənbə günü şirkətin İdarə Heyətinin sədri Elxan Nəcəfquliyev deyib.

"Bu, müzakirə mərhələsində olan daha dörd müqavilənın bağlanması nəticəsində mümkün olacaq", - Nəcəfov deyib.

Texnika Leasing şirkəti 2005-ci ilin ikinci yarısında təsis edilib. Texnika Leasing lizing şirkəti vəsait çatışmazlığı üzündən yayda yeni müqavilələrin bağlanmasını dayandırıb və sentyabr ayından etibarən yenidən bərpa edib. Şirkətin nizamnamə kapitalı şirkətin inkişaf etdirilməsi və cari xərcləri ödəmək məqsədilə Texnika Bank şirkətinin səhmləri hesabına 200 min manatdan 2,5 milyon manata kimi artırılıb.

Şirkətin bu gün üçün əvvəlcə bağlanılmış 59 aktiv müqaviləsi var, borcların ödəmə vaxtı 2011-ci ildə sona yetəcək.

Müzakirə edilmiş şərtlərə əsasən, şirkət lizinq avadanlıqlarını üç il müddətinə illik 19-20 faizlə verir. Avadanlıqların minimal qiyməti 30 min manatı ötməlidir, ilkin ödəniş isə 30-35 faiz səviyyəsindədir.

Texnika Leasing şirkəti aşağıdakı istiqamətlər üzrə şirkətlər və sahibkarlar üçün lizinq xidməti göstərir: avtonəqliyyat lizinqi (minik, yük, sərnişin), yol, tikinti və digər xüsusi texnika lizinqi, müxtəlif təyinatlı avadanlıqlar lizinqi, gəmi və gəmi avadanlığı lizinqi, kommersiya xarakterli daşınmaz əmlak lizinqi, qayıdış lizinqi.

Dekabrın 02-nə olan rəsmi məzənnə 0,8025 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti