...

Azərbaycan 2010-cu ildə qızıl istehsalının həcmini iki dəfə artıra bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2009 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanda yeganə qızıl istehsalçısı olan Anglo Asian Mining PLC şirkəti 2 875 unsiya qızıl istehsal edib. Onlardan 2508 unsiya cari ilin dekabr ayında satılıb. Bu barədə şirkətin məlumatında deyilir.

"Şirkət istehsal edilən 1 562 unsiya qızıldan senyabr ayı ərzində 1 332 unsiya qızıl satıb", - məlumatda deyilir.

Məlumata əsasən, istehsalat rəhbərliyin gözlədiyindən aşağı olub. Buna səbəb isə yeni avadanlığın quraşdırılmasıl zamanı şirkətin üzləşdiyi çətinliklər olub. Anglo Asian Mining şirkəti əmindir ki, gələcəkdə daha səmərəli əməliyyatların aparılması mümkün olacaq.

Şirkətin istehsalat həcmi üzrə noyabr ayına olan proqnozları 2 030 unsiya qızıl təşkil edir. Lakin bu aylardakı fəaliyyət nəticələri hələlik açıqlanmayıb. Gədəbəy yatağından illik hasilat proqnozu 25 min unsiya qızıl təşkil edir. Bu da şirkətin 540 min unsiyalıq proqnozundan xeyli aşağıdır. Rəhbərliyin fikrincə, yeni avadanlığın fəaliyyətə başlamasından sonra illik istehsal həcmini 50 min unsiyayadək artırmaq mümkün olacaq.

Azərbaycan qızılı sentyabrda bir unsiyası 997 dollara, oktyabrda 1037 dollara satılıb ki, bu da şirkətin proqnozlarından artıq olub. Şirkət qızıl bazarındakı əlverişli vəziyyəti nəzərə alaraq bu tendensiyanın 2010-cu ilədək davam edəcəyini gözləyir.

Ümumilikdə, 2015-ci ilədək Gədəbəy yatağından 300 min unsiya qızılın hasil edilməsi planlaşdırılır.

Anglo Asian Mining PLC şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən Azərbaycanın cənub-qərbindəki altı yataqda - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Soyutluda işləmək hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti