...

Azərbaycanın sığorta şirkəti ilin yekunu üzrə sığorta haqlarının həcmində 16 faiz artım gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2009 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir Ü.İsmaylova/

Azərbaycanın iri sığorta şirkətlərindən olan Paşa Sığorta 2009-cu ilin yekunu üzrə sığorta haqlarının həcmində ötən illə müqayisədə 16 faiz artım gözləyir. Bu barədə çərşənbə günü şirkətin İdarə Heyətinin sədri Nofəl Rzayev bildirib.

"Bu ilin sonunadək şirkətin sığorta haqları plana əsasən 10 milyon manatadək çatdırılacaq", - Rzayev deyib.

Yanvar-sentyabr aylarının yekununa əsasən, şirkətin sığorta yığımları 1,38 milyon manat ödəmə sayəsində 8,25 milyon manat təşkil edib.

2008-ci ilin yekunlarına əsasən, şirkət 8,44 milyon manat sığorta haqqı yığıb və 0,94 milyon manat ödəmə həyata keçirib.

Paşa Holding qrupuna daxil olan Paşa Sığorta Bakıdakı mərkəzi ofis, Sumqayıt və Xırdalandakı servis şöbələri vasitəsilə korporativ və fərdi müştərilərə 30 növ sığorta xidməti göstərir. Şirkətin doqquz milyon manat nizamnamə kapitalı və 11,5 milyon manat birgə vəsait göstəricisi ilə ölkənin aparıcı sığortaçılarının onluğuna daxil olub.

Dekabrın 02-nə olan rəsmi məzənnə 0,8025 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti