...

10 ay ərzində Azərbaycanın Dövlət Büdcəsinin profisiti ÜDM-in 4,4 faizini təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2009 14:54 (UTC +04:00)
2009-cu ilin yanvar-oktyabrında Azərbaycanın dövlət büdcəsinin mədaxil sahəsi üzrə faktiki gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 4,5 faiz azalaraq 8342,2 milyon manat təşkil edib (ÜDM-in 31,3 faizi).

Azərbaycan, Bakı, 3 dekabr / Trend , müxbir İ.İsmaylova/

2009-cu ilin yanvar-oktyabrında Azərbaycanın dövlət büdcəsinin mədaxil sahəsi üzrə faktiki gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 4,5 faiz azalaraq 8342,2 milyon manat təşkil edib (ÜDM-in 31,3 faizi).

Dövlət Büdcəsinin xərcləri 0,6 faiz artaraq 7178,9 milyon manat (ÜDM-in 26,9 faizi) təşkil edib. Dövlət Büdcəsinin profisiti on ay ərzində 1163,3 milyon manat təşkil edib ki, bu da ÜDM-in 4,4 faizini təşkil edir.

Strukurda gəlirlərin 37,8 faizi (3157 milyon manat) Vergilər Nazirliyinin hesabına təmin edilib. Gömrük rüsumları və vergilərdən gəlirlər 959,3 milyon (ümumi həcmin 11,5 faizi) manat təşkil edib.

Hesabat dövrü ərzində ƏDV-dən 1621,9 milyon manat daxil olub ki, bu da ümumi gəlirlərin 19,4 faizini, mənfəət vergisi 1247,4 milyon manat (14,9 faiz), gəlir vergisi 477,4 milyon manat (5,7 faiz), aksiz vergisi 233,4 milyon manat (2,8 faiz), əmlak vergisi 57,8 milyon manat (0,7 faiz), yeraltı sərvətlər üzrə vergi 91,8 milyon manat (1,1 faiz), xarici-ticarət fəaliyyəti üzrə vergi isə 206,2 milyon manat (2,5 faiz) təşkil edib.

Yanvar-oktyabrda büdcə vəsaitindən əhalinin sosial təminatı və müdafiəsinin təmin edilməsinə 907,7 milyon manat (ümumi həcmin 12,6 faizi ), təhsilə 854,3 milyon manat (11,9 faiz), səhiyyəyə 292 milyon manat (4,1 faiz), prokurorluq, təhlükəsizlik, hüquq-mühafizə orqanlarının, məhkəmə hakimiyyətinin təminatına 473,3 milyon manat (6,6 faiz), iqtisadiyyata investisiya qoyuluşuna 3002 milyon manat (41,8 faiz) xərclənib. Kapital qoyuluşunun ümumi həcmindən mənzil-kommunal xərclərinə140 mlilyon manat (2 faiz), kənd, meşə təsərrüfatına, balıqçılığa, eləcə də ətraf mühitin mühafizəsinə xərclər 266,2 milyon manat (3,7 faiz), nəqliyyat və rabitə xərclərinə 59,3 milyon manat (0,8 faiz) təşkil edib.

Dövlət xərclərinin 31,6 faizi (2275,7 milyon manat) əhalinin maaşlarına, təqaüd və maddi yardıma sərf olunub.

Dekabrın 3-nə olan rəsmi məzənnə 0,8025 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti