...

Azərbaycanın prosessinq mərkəzi 2010-cu ildə vəsaitlərin kartdan karta köçürülməsi xidmətini təklif edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2009 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir H.Vəliyev/

2010-cu ilin birinci yarısında "AzəriCard" Prossesinq Mərkəzi, mərkəz tərəfindən emitasiya edilmiş plastik kart sahiblərinə vəsaitlərin kartdan karta köçürülməsi xidmətini təklif edəcək. Bu barədə "AzəriCard"-ın biznesin inkişafı şöbəsinin müdiri Cahangir Məmmədov cümə axşamı bildirib.

"Hazırda AzəriCard tərəfindən emissiyalaşdırılmış kartların sayı 2 milyon ədəd təşkil edir, - Məmmədov deyib. - Beynəlxalq səviyyədə kartdan karta köçürülmə xidməti bu sistemi dəstəkləyən banklarla həyata keçirilə bilər".

Prosessinq Mərkəzinin fəaliyyətə başladığı andan - 1997-ci ildən etibarən plastik kartlar dövriyyəsi 20 dəfədən az olmayaraq artıb. AzəriCard sistemdə hər il bir milyon tranzaksiya emal edir.

Hazırda AzəriCard Azərbaycan, Rusiya və Özbəkistanda 30 banka xidmət göstərir ki, bunlardan da 25-i beynəlxalq ödəmə sisteminin üzvləridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti