...

Azərbaycanda İngiltərənin elektrik təhcizatı tədarükçüsünün filialı qeydiyyatdan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2009 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanda noyabrda İngiltərənin Dron & Dickson (Baku) LTD şirkətinin filialı dövlət qeydiyyatından keçib. Bu barədə ölkənin Vergilər Nazirliyinin rəsmi saytının "vahid pəncərə" bölməsində deyilir.

Onun təsisatçısı Dron & Dickson LTD olub. Təşkilat dövlət qeydiyyatından 2009-cu il noyabrın 3-də keçib. Şirkətin nümayəndəsi Maver Kolindir.

Dron & Dickson elektrik təhcizatı tədarükü və xidmətində ixtisaslaşır. Bu gün şirkətin Avropa, Şimali Afrika, Yaxın Şərq, MDB məkanı və Asiyada müştəriləri var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti