...

Xalq Sığorta ölkənin sığorta bazarında liderdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2009 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Maliyyə Nazirliyi payına sığorta yığımlarının ümumi həcminın 83,03 faizi və ümumi gəlirlərin 83,58 faizi düşən on aparıcı sığorta şirkətinin 2009-cu ilin yanvar-oktyabr ayları ərzində fəaliyyətinin yekununu açıqlayıb. Ümumilikdə, Azərbaycanda 28 sığorta şirkəti və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Sığorta şirkətləri

2009 il, yanvar-oktyabr ərzində haqlar (Milyon manatla)

2009 il, yanvar-oktyabr ərzində ödəmələr (Milyon manatla)

2009 il, yanvar-sentyabr ərzində haqlar (Milyon manatla)

2009 il, yanvar-sentyabr ərzində ödəmələr (Milyon manatla)

Xalq Sığorta

23,63

1,03

23,00

0,91

Azersığorta

20,62

10,66

19,64

9,91

Azal Sığorta

13,07

0,12

12,71

0,006

Beynəlxalq Sığorta

10,91

3,64

10,06

3,13

Atəşgah Sığorta

10,58

3,50

10,09

3,04

Az Sığorta

8,99

3,29

8,00

3,18

Paşa Sığorta

8,96

1,56

8,25

1,38

Standard Insurance

6,53

3,23

6,17

2,74

A-Group

5,83

3,76

2,68

3,51

M BASK

5,80

4,39

5,29

4,48

Cəmi

114,92

35,18

105,89

32,28

Sığorta yığımları üzrə reytinqə artıq dörd aydır liderliyini qoruyub saxlayan Xalq Sığorta liderlik edir.

Ölkədə fəaliyyət göstərən bütün şirkətlərin haqlarının ümumi həcmi 138,41 milyon manat təşkil edir, hesabat dövrü ərzində 42,09 milyon manat həcmində ödəmələr həyata keçirilib. Azərbaycanın Maliyyə Nazirliyinin hesabatında yeganə təkrar sığorta şirkəti olan Az RE şirkətinin yanvar-oktyabr ərzində fəaliyyət yekunu göstərilməyib.

Dekabrın 03-nə olan rəsmi məzənnə 0,8025 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə ılaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti