...

Azərbaycanda 125 kq istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2009 19:00 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin pərakəndə satış obyektlərində növbəti monitorinqi zamanı 125 kq vaxtı keçmiş ərzaq məhsulları satışdan çıxarılıb və məhv edilib.
Azərbaycanda 125 kq istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin pərakəndə satış obyektlərində növbəti monitorinqi zamanı 125 kq vaxtı keçmiş ərzaq məhsulları satışdan çıxarılıb və məhv edilib. Bu barədə nazirliyin cümə axşamı yayılmış məlumatında deyilir.

Monitorinq Bakının Nərimanov rayonunda, o cümlədən Xaçmaz və Gəncə şəhərlərində keçirilib.

Mağazalardan vaxtı ötmüş məhsullar - kolbasa və şirniyyat məhsulları, makaron məhsulları, yağ, süd və süd məhsulları, pivə, meyvə şirələri, su, çay və digər məhsullar çıxarılıb.

İstehlakçı qanunlarının pozulmasına görə inzibati qanun pozuntusu barədə protokol tərtib edilib.

Monitorinqlər davam edir.

Dekabrın 03-nə olan rəsmi məzənnə 0,8025 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti