...

Qaradəniz avtomobil magistralı İstanbulda müzakirə ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2009 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr / Trend /

Azərbaycanın Nəqliyyat nazirliyi dekabrın 8-9-da İstanbulda keçiriləcək QİƏT-in Qaradəniz avtomobil magistralının inkişafına dair Beynəlxalq katibliyinin daimi komitəsinin rəhbərliyinin növbəti iclsında iştirak edəcək, nazirlik tərəfindən cümə günü yaılan məlumatda deyilir.

İclasda ölkənin nəqliyyat nazirliyini nəqliyyatda əlaqələndirilmə və lisenziyalaşdırılma şöbəsinin müdiri Eldar Əlizadə və "Azəryolservis"ASC-nin texniki şöbəsinin müdiri Məhərrəm Əsədov təmsil edəcək.

İclasda nümayəndələrin təyin edilməsi və alternativ nümayəndəliklər məsələsi, avtomagistralın əsas marşrutları və onların birləşdirilməsinin təsdiqi və s. məsələlərin müzakirə ediləcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti