...

Azərbaycanın sığorta şirkəti ilin yekunları üzrə haqların artacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2009 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan Sənaye Sığorta şirkəti ilin sonunadək haqları 4,5 milyona çatdırmaq niyyətindədir, şirkətin İdarə Heyətinin sədri Rəşad Əhmədov şənbə günü deyib.

2008-ci ilin yekunları üzrə şirkətin haqları 0,53 milyon manatlıq ödəmələrlə 3,52 milyon manat təşkil edib.

Şirkətin rəhbəri ilin sonu\nadək Azərbaycan Sənaye Sığorta şirkətinin xalis gəlirinin bir milyon manat olacağını proqnozlaşdırır. Bu vəsait şirkətin kapitallaşmasına yönəldiləcək.

Hal-hazırda şirkətin nizamnamə kapitalı bir milyon manat təşkil edir. Bu rəqəm gəlirin hesabına bir milyon manat, səhmdarların hesabına isə daha iki milyon manat artacaq, Əhmədov deyib. Beləliklə də ilin əvvəlində şirkətin nizamnamə kapitalı 4 milyon manatadək artacaq.

Azərbaycan Sənaye Sığorta 1997-ci ildə təsis edilib. Şirkət 4 icbari, 27 könüllü sığorta növü üzrə fəaliyyət göstərir. Yanvar-oktyabr aylarılnın yekunlarına əsasən, şirkətin haqları 0,53 milyon manatlıq ödəmələrlə 3,23 milyon manat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti