...

Azərbaycanda satışdan 560 kiloqram vaxtı ötmüş məhsul çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2009 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr / Trend , müxbir N. İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinq zamanı satışdan 560 kiloqram vaxtı ötmüş məhsul çıxarılaraq məhv edilib, idarənin məlumatında deyilir.

Monitorinqlər Bakının Suraxanı rayonunda, həmçinin Sumqayıt şəhərində keçirilib.

Yoxlamalar zamanı Sumqayıt mağazalarda 165 kiloqram vaxtı keçmiş qida məhsulu aşkar edilib. Suraxanı rayonunun Əmircan qəsəbəsində - saxlanma müddəti 1 ay müddətindən 2 il müddətinə kimi keçmiş 395 kiloqram kolbasa məmulatları, kürü, pendir, yağ, xama aşkar edilib.

Mağazalarda satışdan həmçinin vaxti keçmiş kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, şirələr, konservləşdirilmiş məhsullar, pivə məhsulları satışdan çıxarılıb.

İstehlakçıların hüquqlarını pozan fiziki və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara malları əldə edən zaman saxlama müddətinə və etiketinə diqqət yetirməyi məsləhət görür.

Dekabrın 5-nə rəsmi məzənnə 0,8026 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti