...

Yanvar-oktyabr aylarında Türkmənistanda xarici ticarət həcmi təxminən 6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2009 13:48 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 7 dekabr / Trend , H. Həsənov/

Türkmənistanda yanvar-oktyabr aylarında keçən ilin analoji dövrü ilə müqayisədə xarici ticarət həcmi 5,7 faiz artıb, ölkənin İqtisadi İnkişaf Nazirliyi xəbər verir.

Yanvar-oktyabr aylarının yekununa əsasən, ölkədə kapital qoyuluşunun həcmi maliyyələşdirmə mənbələri hesabına 2008-ci ilin həmin dövrünə nisbətən 2,2 dəfə çox olub.

Karbohidrogen resursları, xüsusilə təbii qaz ehtiyatlarına görə ölkə dünyada aparıcı mövqe tutur. Xammalı MDB ölkələrinə, İrana nəql etmək imkanları olanTürkmənistanın tezliklə Çinə də yeni marşrut açmaq imkanı olacaq.

Xəbər lenti

Xəbər lenti