...

İran Azərbaycandan 5 milyard kubmetr qaz almaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2009 16:21 (UTC +04:00)
İran Azərbaycandan 5 milyard kubmetrə yaxın qaz almaq niyyətindədir. Bu barədə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bəhrami bazar ertəsi jurnalistlərə bildirib.
İran Azərbaycandan 5 milyard kubmetr qaz almaq niyyətindədir

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir T.Cəfərov/

İran Azərbaycandan 5 milyard kubmetrə yaxın qaz almaq niyyətindədir. Bu barədə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bəhrami bazar ertəsi jurnalistlərə bildirib.

"Hazırda mövcud razılaşmaya uyğun olaraq, Azərbaycandan İrana tədarük ediləcək qazın həcmi müzakirə edilir", - Bəhrami deyib.

Noyabrın ortalarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və İran Milli Qaz Şirkəti 2010-cu ildən etibarən Azərbaycan qazının İrana tədarükü üzrə qarşılıqlı anlaşmaya dair memorandum imzalayıb.

Qazın alqı-satqısına dair müqavilənin bu ilin sonunadək imzalanması gözlənilir.

Azərbaycan qaz ixracı üzrə dörd istiqamətə malikdir - Türkiyə, Gürcüstan, Rusiya və İran. Hazırda Türkiyə və Gürcüstana qaz ixrac edilir. Gələn ilin əvvəlindən Azərbaycan qazının Rusiyaya ixracı başlayacaq.

Azərbaycan və İranı uzunluğu 1474,5 kilometr olan "Qazı Məhəmməd-Astara-Bind-Biand" qaz kəməri bağlayır. Onun buraxılış gücü ildə 10 milyard kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur. Onun yolunda üç kompressor stansiyası quraşdırılıb - Qazı Məhəmməd, Ağdaş və Qazaxda. Qaz-nəqliyyat sistemi 55 atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 millimetrdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti