...

İran Azərbaycanla sərhəddən 70 min ton kənd təsərrüfatı malları göndərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2009 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 dekabr / Trend /

Bu ilin səkkiz ayı ərzində İranın Astara şəhərindəki gömrük məntəqəsindən qonşu ölkələrə 72 min ton kənd təsərrüfatı malları ixrac edilib. Bu barədə İranın Kənd Təsərrüfatı Nazirliyinin Astara şəhər idarəsinin rəisi Hüseyn Abidi bildirib. Məlumatı İranın televiziyasının "İribnews" saytı yayıb.

Abidinin sözlərinə görə, ixrac edilən mallar sırasında əsasən ümumi dəyəri 61 milyon dollar olan qarpız, pomidor, xiyar, nar, kivi, alma, soğan və kartof var. "Məhsullar əsasən Azərbaycan, Gürcüstan və Rusiyaya ixrac edilib", - Abidi deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə İrandan bu ölkələrə ixracatın həcmində dəyişiklik müşahidə edilməyib.

Xəbər lenti

Xəbər lenti