...

İlk Beynəlxalq Azərbaycan investisiya sammiti Londonda öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2009 16:39 (UTC +04:00)
Dekabrın 8-də Londonda Azərbaycanın dövlət strukturları və biznes mühiti nümayəndələrinin iştirak etdiyi ilk Beynəlxalq Azərbaycan investisiya sammiti öz işinə başlayıb. Bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
İlk Beynəlxalq Azərbaycan investisiya sammiti Londonda öz işinə başlayıb

Azərbaycan, Bakı, 08 dekabr / Trend /

Dekabrın 8-də Londonda Azərbaycanın dövlət strukturları və biznes mühiti nümayəndələrinin iştirak etdiyi ilk Beynəlxalq Azərbaycan investisiya sammiti öz işinə başlayıb. Bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Sammitdə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın ölkənin investisiya sahəsində aparılmış islahatlar və əldə olunmuş uğurlar barədə, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, Beynəlxalq Xəzər İnvestisiya Şirkətinin icraçı direktoru Toğrul Köçərli və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Adil Məmmədovun ölkənin biznes imkanları barədə təqdimatla çıxışı gözlənilir.

Adam Smit İnstitutu tərəfindən təşkil olunmuş ilk Beynəlxalq Azərbaycan investisiya sammiti öz işinə dekabrın 9-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti